Layihə haqda videonu izləyin
Şəxsi məlumatların emalı siyasəti

Bu sənəddə (bundan sonra “Sənəd”) cdlseabreeze.az (bundan sonra “Veb-sayt”) və Veb-sayt istifadəçisi (subyekt) arasında şəxsi məlumatların mübadiləsi və məxfilik şərtləri təsvir edilmişdir. Şəxsi məlumatların sahibi, “SEA BREEZE” əmtəə nişanının və сdlseabreeze.az domen adının sahibi (bundan sonra “Sahibkar”) Azərbaycan Respublikasının hüquqi şəxsi, “NARDARAN INVEST” MMC-dir. Bununla, Sahibkar subyektin şəxsi məlumatlarının (ad, soyad, ata adı, telefon nömrəsi və ya e-poçt ünvanı) potensial müştərilərə ticarət təklifləri ilə tanış etmək məqsədilə toplanıldığını və bu məlumatların sahibkar və ya operator tərəfindən göstərilən məqsədlər üçün istifadə ediləcəyini bəyan edir. Subyekt tərəfindən saytda şəxsi məlumatların yerləşdirilməsi könüllü əsasda həyata keçirilir və təqdim olunduğu andan etibarən Sahibkar və Operator tərəfindən qorunur. Saytda şəxsi məlumatları yerləşdirməklə, subyekt həmin məlumatların Sahibkar və ya Operator tərəfindən toplanması, emalı və saxlanması ilə razılaşır. Subyekt tərəfindən verilmiş şəxsi məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi və e-poçt ünvanı) Azərbaycan Respublikasının “Şəxsi məlumatlar haqqında” qanununun 5-ci maddəsinə uyğun olaraq Sahibkar tərəfindən qorunur. Azərbaycan Respublikasının “Şəxsi məlumatlar haqqında” qanununun 13-cü maddəsi istisna olmaqla, məxfi şəxsi məlumatlar yalnız subyektin razılığı ilə üçüncü şəxslərə təqdim edilə bilər. Subyektin şəxsi məlumat resursuna aid olaraq, o, hüquqlara malikdir:

  • Sahibkar və ya Operator tərəfindən onun haqqında şəxsi məlumatların mövcudluğu barədə məlumat almaq;
  • Sahibkar tərəfindən onun haqqında mövcud şəxsi məlumatların toplanmasının, emalının və üçüncü şəxslərə ötürülməsinin hüquqi əsaslandırılmasını tələb etmək, həmin məlumatların toplanması, emalı və üçüncü şəxslərə ötürülməsinin subyekt üçün hansı hüquqi nəticələrə səbəb ola biləcəyi barədə məlumat almaq;
  • Şəxsi məlumat resursunda onun haqqında toplanmış şəxsi məlumatlarla tanış olmaq;
  • Onun haqqında şəxsi məlumatların toplanmasının və emalının məqsədi, müddəti, emal üsulları və şəxsi məlumatlarla tanış olmaq hüququna malik şəxslər, o cümlədən informasiya mübadiləsi aparılan informasiya sistemləri barədə məlumat almaq;
  • Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onun haqqında toplanmış şəxsi məlumatların dəyişdirilməsini və ya məhv edilməsini tələb etmək, həmin məlumatların müəyyən edilmiş qaydada arxivə verilməsi barədə müraciət etmək;
  • Onun haqqında şəxsi məlumatların toplanması və emalına qadağa qoyulmasını tələb etmək;
  • Onun haqqında toplanmış şəxsi məlumatların mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyini sübut etmək;
  • Onun haqqında toplanmış şəxsi məlumatların qorunmasını tələb etmək;
  • Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

Subyektin sahibkar tərəfindən toplanmış şəxsi məlumatları, sahibkar tərəfindən yaradılmış şəxsi məlumat resursunda saxlanılır. Bu Sənəddə istifadə olunan əsas anlayışların mənası, Azərbaycan Respublikasının “Şəxsi məlumatlar haqqında” qanununda verilən mənaya uyğundur. Vebsaytda müvafiq qaydada şəxsi məlumat yerləşdirən Subyekt, bununla bu Sənədin şərtləri ilə razılaşır.

0%
Səhifə yüklənir...
Zəng sifariş etmək
Müvafiq məlumatları qeyd edin, sizinlə uyğun vaxtda əlaqə saxlayaq
Uğurlar!
Tezliklə sizinlə əlaqə saxlayacağıq!
Bağla
Təqdimat yükləyin
Məlumatlarınızı daxil edin, biz sizin elektron poçt ünvanınıza təqdimatı göndərəcəyik
Uğurlar!
Təqdimatın linkini e-poçtunuza göndərdik.
Bağla